Bank Of Baku

Gürcüstan-İran biznes forumu keçirilir - FOTO

Gürcüstan-İran biznes forumu keçirilir  - <span style="color: red;">FOTO
# 02 iyul 2013 15:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə iki günlük Gürcüstan-İran biznes forumu başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, İranın Gürcüstandakı səfiri Abbas Talebifar çıxışında Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum kimi böyük layihələrin Gürcüstan ərazisindən keçdiyini, ölkədə turizmin və iqtisadiyyatın inkişafı üçün əlverişli təbiət və iqlimin olduğunu deyib. O, İranın Gürcüstanla əməkdaşlıqda maraqlı olduğunu və biznes sahəsində bir çox layihələrin və təşəbbüslərin meydana çıxacağını qeyd edib.

 

Gürcüstan parlamentinin üzvü Georgi Topxadze çıxışında gürcü və iranlı biznes adamlarının toplaşdığı bu tədbirin ilk forum olduğunu söyləyib. O, İrandan Gürcüstana yeni texnologiyaların gələcəyini və biznesə böyük həcmdə investisiya qoyulacağını vurğulayıb.

 

Forum zamanı “Ekspo-Georgia” sərgi salonunda İran şirkətlərinin istehsal etdiyi müxtəlif məhsulların sərgisi təşkil olunub. Sonra iş adamların ayrı-ayrılıqda görüşləri olub. Forum sabah öz işini davam etdirəcək.

 

İranın “Arman” şirkətinin Azərbaycandakı baş direktoru Anar Babayev APA-ya açıqlamasında forumda iştirak etmələrinin səbəbini belə izah edib: “Gürcüstan bazarı bizim üçün yeni bazardır. Biz buradakı inkişafı görür və çalışırıq ki, əlaqələrimizi genişləndirərək, yeni alıcılar tapaq. Şirkətimiz dağ-mədən avadanlıqlarının quraşdırılması ilə məşğuldur”.

 

Gürcüstan parlamentinin deputatı Giorgi Topxadze isə forumu vacib tədbir adlandırıb: “Forum çox maraqlıdır. İlk dəfə keçirilən bu tədbirdə bu gün iş adamlarının işgüzar görüşü keçirilib. Mən bu əməkdaşlıqda böyük perspektivlər görürəm. İran güclü, sənayeləşmiş ölkədir. Mən dəfələrlə İranda olmuşam, orada maşın sənayesi, tikinti sahəsi, polimer məhsullarının istehsalı yüksək səviyyədə inkişaf edir. Mən çox şadam ki, Azərbaycanda da belə tikintilər çoxalır. Hər iki ölkə bizim qonşularımızdır. Biz həmişə maraqlıyıq ki, Azərbaycan inkişaf etsin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR