Bank Of Baku

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 07 yanvar 2013 11:24 (UTC +04:00)

 Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə  şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi meteoroloji proqnoza əsasən, yanvarın 8-də Abşeron yarımadasında mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 9-10-da arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli aşağı enməsi soyuq diskomfort hissi yaradaraq meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Məlumatda o da bildirilir ki, bir neçə gün davam edən mülayim qış havasından sonra yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, yanvarın 9-da axşam yağıntılı olacağı, gecəyə doğru sulu qar, yanvarın 10-da fasilələrlə qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun yanvarın 9-da gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, yanvarın 10-da gecə və gündüz 1 dərəcə istidən 2 dərəcəyədək şaxta proqnozlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR