Bank Of Baku

Heydər Əliyev Beynəlxalq Hava Limanında radioaktiv vasitələrin aşkarlanması üzrə xüsusi avadanlıq quraşdırılır

Heydər Əliyev Beynəlxalq Hava Limanında radioaktiv vasitələrin aşkarlanması üzrə xüsusi avadanlıq quraşdırılır
# 04 yanvar 2013 07:43 (UTC +04:00)

 

 APA-nın ABŞ Energetika Nazirliyinin milli nüvə təhlükəsizliyi administrasiyasına (NNSA) istinadən verdiyi məlumata görə, nüvə silahının yayılmaması və təhlükəli radioaktiv vasitələrin qanunsuz daşınması ilə mübarizə üzrə beynəlxalq müqaviləyə dəstək çərçivəsində bu layihəyə vəsait ayrılıb. Bu məqsədlə Koreya Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən 300 min dollar ayrıldığı açıqlanıb.    

 

NNSA-dən bildiriblər ki, müvafiq avadanlığın quraşdırılması nüvə və radioaktiv materialların aşkarlanması və qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Azərbaycana əlavə imkanlar qazandırmış olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR