Bank Of Baku

Hicran Hüseynova Goranboyda vətəndaşları qəbul edib

Hicran Hüseynova Goranboyda vətəndaşları qəbul edib
# 16 aprel 2014 14:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Goranboy rayonunda Goranboy, Tərtər, Bərdə, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda bu rayonlardan olan 18 ailə öz problemləri ilə bağlı müraciət edib.

 

Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun yerində həll edilməsinə nail olub.

 

Müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer tutub.

 

Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR