Bank Of Baku

Hicran Hüseynova Xaçmazda vətəndaşları qəbul edib - APA TV

Hicran Hüseynova Xaçmazda vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 24 iyun 2013 12:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərini Xaçmazda qəbul edib.

 

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəbulda 20 nəfərə yaxın sakin iştirak edib. Komitə sədri müxtəlif məzmunlu şikayətlərlə əlaqədar sakinləri fərdi şəkildə qəbul edib və onları dinləyib. Əksəriyyəti qadınlar olan şikayətçilər əsasən aliment, övladlarının və yaxınlarının sağlamlıq, iş, mənzil və sosial məzmunlu problemləri ilə əlaqədar komitə sədrinə müraciətlər ediblər. Şikayətlərin bir qismi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aid olsa da, digər məzmunlu şikayətlərin aidiyyatı qurumlara çatdırılmasına komitə rəhbəri tərəfindən söz verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR