Bank Of Baku

Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib - VİDEO

Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2013 10:36 (UTC +04:00)

Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sentyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR