Bank Of Baku

Hüquq müdafiəçiləri bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər
# 12 iyun 2013 14:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi  Elçin Behbudov, köməkçisi Elçin Şirinov və komitənin Aran bölməsinin rəhbəri Sərdar Kazımov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər. Bu barədə APA-ya E.Behbudovun özü məlumat verib.

 

E.Behbudov monitorinqi keçirməkdə məqsədin saxlanılan şəxslərin şəraiti ilə maraqlanmaq, saxlanma yerlərində ictimai nəzarəti həyata keçirmək və qeyri-insani rəftarın olub-olmamasını araşdırmaq olduğunu bildirib: “Monitorinqlər zamanı Yevlax, Mingəçevir, Samux, Göygöl, Gəncə, Goranboy, Tərtər, Bərdə rayon Polis Şöbələrinin müvəqqəti saxlanma yerlərində olduq. Qeyri-insani rəftar və işgəncə ilə bağlı bizə müraciət edən olmadı. Lakin Goranboy rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinin ciddi təmirə ehtiyacı var. Mən monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.

 

Hüquq müdafiəçisi Mingəçevir və Bərdədə vətəndaşlar arasında vətəndaş-polis münasibətləri haqqında sorğu keçirdiklərini də bildirib: “Sorğunun nəticəsindən belə qənaətə gəlmək olar ki, vətəndaşların polislərə və xüsusən də idarə rəislərinə münasibətləri normaldır”.

 

E.Behbudov Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində də monitorinq keçirdiklərini, monitorinq zamanı qeyri-insani rəftar və işgəncə faktı aşkar olunmadığını deyib: “Əsgərlərlə görüşdük. Problemləri ilə maraqlandıq. Hər şey qaydasındadır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR