Bank Of Baku

İnam Kərimov: “Vətəndaşdan qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb oluna bilməz”

İnam Kərimov: “Vətəndaşdan qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb oluna bilməz”
# 30 dekabr 2012 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Vətəndaşlara lazımi xidmətlərin göstərilməsi üçün şəffaflığın təmin edilməsi müvafiq dövlət qurumlarının nümayəndələri və “ASAN Xidmət” mərkəzinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində həyata keçiriləcək. Əgər xidmət çərçivəsində vətəndaşlardan rüşvət tələb olunarsa, buna qarşı istər dövlət agentliyi, istərsə də digər aidiyyəti qurumlar tərəfindən ciddi tədbirlər görüləcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, agentlik və digər müvafiq qurumlar bu işlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi məqsədilə lazımi işlər görüb: “Xidmət mərkəzlərində heç bir dövlət qulluqçusuna birbaşa ödəmə olmayacaq. Vətəndaş heç bir halda aidiyyəti dövlət qulluqçusuna ödəmə həyata keçirməyəcək. Bütün ödəmələr yalnız bank vasitəsilə reallaşacaq. Vətəndaş ilk növbədə dövlət rüsumunu banka verəcək, sonra isə lazımi sənədlərlə birgə bank çekini dövlət qulluqçusuna təqdim edəcək. Əgər vətəndaşdan qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edildiyi aşkarlanarsa, “ASAN Xidmət” mərkəzlərinin işçiləri qanunvericilikdə nəzərdə tutulan formada cəzalandırılacaq. Əgər korrupsiya halları aşkarlanarsa, cinayət işinin qaldırılması da istisna edilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR