Bank Of Baku

İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edəcək

İqtisadi inkişaf naziri Göyçayda vətəndaşları qəbul edəcək
# 24 sentyabr 2013 12:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 28-də Göyçay şəhərində Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) təşkil olunacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected], [email protected] vasitəsilə müraciət edə bilərlər.

 

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR