Bank Of Baku

İqtisadi inkişaf naziri Oğuzda vətəndaşlarla regional görüş keçirib - FOTO

İqtisadi inkişaf naziri Oğuzda vətəndaşlarla regional görüş keçirib - <span style="color: red;">FOTO
# 10 iyun 2013 07:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Oğuzda Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Oğuz Olimpiya İdman Kompleksində keçirilmiş qəbulda vətəndaşların müraciətləri, şikayət və təklifləri nazir Ş.Mustafayev tərəfindən dinlənilib, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin operativ həlli üçün Nazirliyin qəbulda iştirak edən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Qəbulda səsləndirilən və vətəndaşları narahat edən bir sıra məsələlər vətəndaşların iştirakı ilə yerindəcə həll edilib, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

 

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.

 

Ümumiyyətlə, qəbul zamanı vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul, kəndlərarası körpünün tikintisi və digər məsələlərlə bağlı müraciət ediblər.


Qəbulda iştirak etmiş bəzi vətəndaşlar sahibkarların hüquqlarının müdafiəsi sahəsində bir sıra təkliflərlə də çıxış ediblər. Nazir Ş.Mustafayev vətəndaşların təkliflərini dinləyib və müvafiq araşdırmanın aparılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR