Bakı. Nicat Mustafayev – APA-Economics. İyulun 13-də Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xaçmaz rayon Mədəniyyət Mərkəzində (Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi,8) təşkil olunacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs - Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Quba şəhəri, Fətəli Xan küçəsi,65, əlaqələndirici şəxs - Aqşin Bayramov, əlaqə telefonu: (023) 335 48 99, mobil (055) 706 09 87, elektron poçt ünvanı: [email protected]Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.