Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü keçirilib

İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü keçirilib
# 18 aprel 2013 14:36 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü - vətəndaş forumu keçirilib.

 

«APA-Economics»in məlumatına görə, forumda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, “Açıq qapı” günü Azərbaycan prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq vətəndaş forumunun vətəndaşların və KİV nümayəndələrinin nazirliyin fəaliyyəti ilə daha yaxından tanış olması məqsədilə keçirilir.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Abbas Əliyev nazirliyin fəaliyyətinə və nazirlik tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatla çıxış edib. Bildirilib ki, nazirlik tərəfindən vətəndaşlara göstərilən xidmətlər tamamilə elektronlaşdırılıb. Hazırda vətəndaşlara 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Bundan başqa, vətəndaşlar on-line rejimində qəbula yazıla, müraciət edə, nazirliyin məsul işçiləri ilə canlı video əlaqə yarada, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə) ilə tanış ola, www.icazeler.gov.azwww.b2b.az portallarının imkanlarından yararlana, nazirliyin məlumatlarına elektron abunə yazıla bilərlər.

 

Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev isə nazirliyin göstərdiyi interaktiv və informativ elektron xidmətləri əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirib.

 

«Açıq qapı» günü - vətəndaş forumunun iştirakçıları və KİV nümayəndələri İİN-in 195-2 Telefon Məlumat Mərkəzinin fəaliyyəti ilə əyani şəkildə tanış olublar. Mərkəzin rəisi Tarverdi Əliyev bildirib ki, mərkəzə daxil olmuş müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi mexanizmi, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edir. Ümumilikdə indiyədək mərkəzə 19 minə yaxın müraciət edilib. Sorğular operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Görülmüş tədbirlər barədə müraciətçilərə məlumat verilir.

 

Tədbirdə iştirak edən vətəndaşların və KİV nümayəndələrinin sualları cavablandırılıb. Belə tədbirlər İİN-in strukturuna daxil olan və tabeliyindəki qurumlarda da təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR