Bakı. Şamil Əlibəyli - APA. İran İslam Respublikasının əmək və sosial rifah naziri Əsədulla Abbasinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Nazir Ə.Abbasi Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasında iştirak edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.