APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib.
Dəyişikliyə əsasən, Ədəbiyyat İnstitutunun direktor əvəzi vəzifəsinə akademik İsa Həbibbəyli təyin edilib. O, həm də institutunun Elmi Şurasının sədri seçilib.
Qeyd edək ki, indiyədək bu vəzifəni filologiya elmləri doktoru Teymur Kərimli icra edirdi.