Bakı. Könül Kamilqızı – APA. İslam Əməkdaşlığı Təşkilatının Təhsil Mübadilə Proqramı çərçivəsində azərbaycanlı gənclərə Pakistanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2013-cü ilin payız sessiyası üçün təqaüd proqramları təklif edilir.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təqaüd proqramları biologiya, kompüter və idarəetmə elmlərini, elektrik mühəndisliyi, riyaziyyat, fizika və meteorologiya ixtisaslarını əhatə edir.
Təqaüd proqramları çərçivəsində təhsil pulsuzdur. Yaşayış və nəqliyyat xərclərinə isə 63% endirim tətbiq olunur. Yol xərci də proqrama daxildir. Təqaüd proqramları barədə məlumat almaq və ərizəni yükləmək üçün bu internet ünvanına müraciət edilməlidir: www.oic-oci.org/external_web/eep/ciit.html.