Bank Of Baku

İsrail Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir

İsrail Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir
# 20 iyun 2013 13:18 (UTC +04:00)

Bakı – APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ilə görüşüb. Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanla İsrail arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarına toxunaraq əldə olunmuş nailiyyətləri, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini xüsusi vurğulayıb.

 

Səfir isə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirərək tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib. R. Harpaz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

 

Görüşdə əməkdaşlıq məsələləri, o cümlədən hakimlərin və digər hüquqşünasların peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarlarda iştirakı, habelə hüquqi yardım və digər maraq kəsb edən məsələlər müzakirə olunub.

 

Qonaq nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR