Bank Of Baku

İyul ayından Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiqinə başlanacaq

İyul ayından Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiqinə başlanacaq
# 17 iyun 2013 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin iyul ayından Azərbaycanda uşaqlar üçün yeni - pnevmakok çöplərinin törətdiyi xəstəliklərə qarşı peyvəndin tətbiqinə başlanacaq. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, bu peyvənd dünyada qiymətinə görə ən bahalı peyvəndlərdən biri hesab olunur.

 

N. Quliyev qeyd edib ki, Azərbaycanda dövlət hesabına həyata keçiriləcək peyvəndləmə gələn aydan etibarən uşaqlar üçün tətbiq olunan peyvənd təqviminə salınacaq: “Pnevmakok çöplərinə qarşı peyvəndlər yeni doğulmuş uşaqlara 1 yaşınadək 3 dəfə - 2, 4 və 6 aylıqlarında vurulacaq. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında ağır pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərin qarşısını alaraq onlara rastgəlmə tezliyi qat-qat alınacaq”.

 

N. Quliyev vurğulayıb ki, bu ilin aprelində prezidentin sərəncamı ilə Azərbaycanda “Uşaqların icbarı dispanzerizasiyası haqqında” qanun təsdiq olunaraq qüvvəyə minib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı bu həcmdə qanun olmayıb: “Bu qanun illər ərzində aparılan işlərin məntiqi yekunu olaraq qəbul olunub. Qanun həm uşaqlara qarşı bütün profilaktik işləri, həm də onların sağlamlığının qorunması üçün lazım olan digər bütün tədbirlərin aparılmasını qanun çərçivəsinə gətirib. Əgər bu gün ölkədə uşaq sağlamlığının qorunması qanunla tənzimlənirsə, bu, bizi çox sevindirir. Həmin qanunda da ən vacib məsələlərdən biri uşaqların peyvənd işinin təşkili və onun inkişafıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR