Bank Of Baku

İyulun 1-dən Azərbaycanın bütün regionlarında arxeoloji tədqiqat işləri aparılacaq

İyulun 1-dən Azərbaycanın bütün regionlarında arxeoloji tədqiqat işləri aparılacaq
# 11 iyun 2013 08:54 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, iyulun 1-dən başlanacaq arxeoloji tədqiqat işləri zamanı 35-40 ekspedisiya regionların hamısını əhatə edəcək.

 

Q. Ağayevin sözlərinə görə, ekspertizaların aparılması müəyyən vaxt tələb edir: “Elə ekspertizalar var ki, abidələrin axtarılmasına 15-30 gün vaxt sərf edilir. Amma qazıntı işləri 2-3 ay vaxt aparır. İlboyu davam edən ekspertizalar da olur, lakin bunlar Azərbaycanda tək-təkdir. Mən özüm Naxçıvandakı Şahtaxtı abidəsində tədqiqat aparacağam. Bu abidə müxtəlif dövrləri özündə birləşdirən intensiv yaşayış yeri olmaqla nəinki Qafqazda, bəlkə də dünyada yeganə abidələrdən biridir ki, bu günə kimi burada insanlar yerlərini dəyişməyiblər”.

 

Q. Ağayev qeyd edib ki, tədqiqat işlərinin nəticələrinə əsasən regionlar üzrə yeniliklər məlum olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR