Bank Of Baku

İyunun 7-si və 12-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə “İmtahan buraxılış vərəqəsi”nin verilməsinə başlanıb

İyunun 7-si və 12-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə “İmtahan buraxılış vərəqəsi”nin verilməsinə başlanıb
# 03 iyun 2013 09:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında və Naxçıvan MR-da fəaliyyət göstərən (o cümlədən bu ərazilərdə fəaliyyət göstərən işğal olunmuş rayonların) orta ümumtəhsil müəssisələri şagirdləri üçün buraxılış imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 12-də isə Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarında fəaliyyət göstərən (o cümlədən bu ərazilərdə fəaliyyət göstərən işğal olunmuş rayonların) orta ümumtəhsil müəssisələri şagirdləri üçün buraxılış imtahanı təşkil olunacaq. Hər iki imtahanda iştirak edəcək şagirdlər bu gündən etibarən “İmtahan buraxılış vərəqəsi”ni çap edərək əldə edə bilərlər.

Şagirdlər özlərinin imtahana buraxılış vərəqələrini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR