Bank Of Baku

Kamran İmanov: “Əsas məqsədlərimizdən biri müəlliflik hüquqlarının idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır”

Kamran İmanov: “Əsas məqsədlərimizdən biri müəlliflik hüquqlarının idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır”
# 19 iyun 2013 14:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Müəllif Hüquqları Agentliyinin qarşısında duran əsas məsələlərdən biri müəlliflik hüquqlarının idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, onlayn fəaliyyət göstərəcək bu sistem bir mərkəzdən bütün hüquqların birbaşa idarə olunmasına şərait yaradacaq. K. İmanov qeyd edib ki, bu layihə 9 Avropa ölkəsi ilə müştərək şəkildə həyata keçirilib və sistem tam şəkildə hazırdır.

 

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun qəbul edildiyini deyən K. İmanov hökumətin qərarı ilə Agentliyinin nəzdində hüquqların müdafiəsi mərkəzinin yaradıldığını qeyd edib: “Hazırda həmin mərkəzdə bütün işlər hazırlanıb. Əsas problem ondan ibarətdir ki, satış şəbəkəsinin tərkibində olan müəllif hüququ ilə əlaqəli olan malların üzərində mütləq şəkildə xüsusi nəzarət markası vurulacaq. Yeni marka artıq hazırlanıb və qərarın verilməsini gözləyirik. Bununla yanaşı, smartfon mobil telefonlara əsaslanan unikal yoxlama sistemi var. Bunun vasitəsi ilə kənardan mobil telefonla hər bir şeyi öyrənmək mümkün olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR