Bank Of Baku

Kənd təsərrüfatı naziri İsmət Abasov Qubada vətəndaşları qəbul edib - FOTOSESSİYA

Kənd təsərrüfatı naziri İsmət Abasov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyun 2013 10:45 (UTC +04:00)

Bakı. Quba. Vəli Turan – APA-Economics. Bu gün kənd təsərrüfatı  naziri İsmət Abasov Respublikasının regionları üzrə 2013-cü ilin aprel-oktyabr aylarında vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdən əvvəl İ.Abasov bir neçə fermer təsərrüfatına baş çəkib. İntensiv tipli qərb texnologiyası əsasında 260 hektarda salınmış alma bağına baxış keçirib. Burada alim-fermer qarşılıqlı fikir mübadiləsi aparılıb və nazir fermerin meyvələrin saxlanma kameraları ilə tanış olaraq öz tövsiyələrini verib.

 

Görüşdə iştirak edənlər ilk növbədə fermerlərə və kənd təsərrüfatı ilə məşğul olanlara göstərilən dəstəyə görə, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı bəzi problemlər və təkliflər səsləndirilib. Bura güzəştli kreditlərin alına bilməməsi, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi, süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi və s. aiddir.

 

Görüşdə arıçılığın, bağçılığın və tingçiliyin inkışaf etdirilməsi üçün güzəştli kreditlərin ayrılması, şoranlaşmış torpaqların və sel suları nəticəsində dağılmış suvarma arxlarının yenidən bərpası, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması, soyuducu kameralar vasitəsilə məhsulun saxlanılmasına, təchizatına və satışına köməklik edilməsi kimi təkliflər də səsləndirilib.

 

Görüşdə taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili («Aqrolizinq»in xətti ilə), kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması, mal-qaranın otarılması üçün Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması da təklif olundu. Nazirlə görüş zamanı fermerlərin səsləndirdiyi digər təkliflərdə isə mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması, mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi, bələdiyyələrdə azyararlı torpaqları öz vəsaitləri hesabına yaxşılaşdırıb əkən istehsalçılara əlavə subsidiyaların verilməsi, fiziki şəxslər üçün kənd təsərrüfatı texnikalarının ilkin ödəniş olmadan uzun müddətli lizinqə verilməsi də əksini tapıb.

 

Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak edib. Bölgə rayonlarından olan 60 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun  mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR