Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti N. Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin adının dəyişdirilməsi haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən N. Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbi Xankəndi şəhəri, N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbi adlandırılıb.