Masallı. Ağəddin Babayev - APA. Masallı şəhərində “Ağsaqqallar klubu”nun binasının açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsinin ziyarət ediblər.
Daha sonra Heydər Əliyev parkında “Ağsaqqallar klubu”nun binasının açılışı olub. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev açıb.
Mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkədə ağsaqqallara göstərilən dövlət qayğısından söz açıb. Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar “Ağsaqqallar klubu”nda yaradılan şəraitlə yaxından tanış olublar.
Açılış mərasimindən sonra ağsaqqallarla gənclərin görüşü də keçirilib.