Bank Of Baku

Masallıda Novruz şənliyi keçirilib - FOTOSESSİYA

Masallıda Novruz şənliyi keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2013 16:45 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Martın 19-da Masallı rayon İcra Hakimiyyətinin binası qarşısındakı meydanda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, minlərlə rayon sakininin iştirak etdiyi tədbirdən öncə İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri xalqın adət-ənənələrini özündə əks etdirən əl işləri sərgisi və milli mətbəximizlə tanış olublar. Daha sonra meydana daxil olan Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, onlara xeyir-dua veriblər.

 

Kosa və Keçəlin yumoristik səhnələri, sehrbazların göstərdiyi oyunlar, xoruz döyüşləri, idmançıların təqdim etdikləri tryuklar və yumurta döyüşləri şənliyi daha da rövnəqləndirib.

 

Tədbirin sonunda Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin və “Halay” rəqs qrupunun iştirakı ilə geniş konsert proqramı nümayiş etdirilib.

 

        

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR