Bank Of Baku

Masazırdakı sürüşmənin qarşısı alınıb

Masazırdakı sürüşmənin qarşısı alınıb
# 15 aprel 2013 09:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Masazırdakı sürüşmə sahəsində ilkin işlər görülüb. Sürüşmənin qarşısı hələlik alınıb və proses dayandırılıb”. Bu açıqlamanı APA-ya Masazır qəsəbəsinin icra nümayəndəsi Şahid Əhmədov deyib.

 

O bildirib ki, ötən günlərdə baş verən uçqun nəticəsində ziyan dəyən evin bərpası növbəti mərhələ üçün nəzərdə tutulub: “Hələlik ilkin mərhələdə məqsəd sürüşmənin qarşısı almaqdır. Sürüşmənin qarşısı tam alınmalıdır ki, ondan sonra ziyan dəyən ev bərpa olunsun. Bu məsələ də sonra öz həllini tapacaq. Bu vaxta kimi sürüşmə baş verə əraziyə torpaq daşı, karbonad daşı tökülüb və böyük kanal qazılıb. Görülən bərkidilmə işləri nəticəsində sürüşmənin qarşısı alınıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR