Bakı. Kəmalə Quliyeva-APA. Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının ilk iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə iştirak etmək üçün MM-in beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva martın 28-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaq.
Tədbirin gündəliyinə qurumun iş planı, gənclərin parlamentlərarası forumunun keçirilməsi, təşkilatın əlaqələndiricisi, məsul katibi, emblemi barədə məsələlər daxil edilib.