Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə vətəndaşları qəbul edib - FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 21 iyun 2013 10:11 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Göygöl, Samux, Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.

 

APA-nın məlumatına görə, vətəndaşlar əsasən fəxri adların verilməsi, tarixi abidələrin bərpası, uşaq musiqi məktəblərinin nəzdində rəqs şöbəsinin yaradılması, yeni turizm marşrutlarının yaradılması, Samux rayonunda tarix-diyarşünaslıq muzeyinin, Göygöl rayonunda rəsm qalereyasının açılması, Gədəbəy rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Qazax teatrında səs və işıq sistemlərinin yenidən qurulması, Göygöl rayonunda turizm-informasiya mərkəzinin yaradılması, Şəmkir rayonunda turizm kollecinin açılması, Gəncə şəhərindəki Məhsəti qəsəbəsində kitabxana və mədəniyyət evinin yaradılması, eləcə də uşaq musiqi məktəblərinin musiqi alətləri təminatı, Şəmkir qalasına dövlət statusunun verilməsi, Kəlbəcər rayon muzeyinin yeni bina ilə təmin edilməsi, Ağstafa Mədəniyyət Evinin bazasında uşaq teatrının yaradılması, Daşkəsəndə abidələrin qeydiyyata alınması və s. məsələlərlə bağlı müraciət edib.


Qəbulda vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib, bir sıra məsələlərin həlli ilə bağlı araşdırmalar aparılması üçün tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR