Bank Of Baku

Məktəblər müsabiqə nəticəsində kompüterlərlə təmin olunacaq

Məktəblər müsabiqə nəticəsində kompüterlərlə təmin olunacaq
# 10 yanvar 2013 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən “1 şagird : 1 kompüter” müsabiqəsinə start verilir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqə Təhsil nazirliyinə tabeli orta ümumtəhsil məktəblərinin rəhbərləri və məktəblərin II-VI siniflərində tədris edən müəllimləri üçün nəzərdə tutulub. Müsabiqə nəticəsində məktəblərə noutbuklar yalnız müsabiqə nəticəsində veriləcək. Müsabiqə təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılması məqsədilə təşkil olunur.

 

Müsabiqə nəticəsində qaliblərə tədris etdiyi sinifdə tədris alan şagirdlərin sayı qədərində netbuklar veriləcək, sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə təchiz ediləcək.

 

Qeyd edək ki, müsabiqə 2 mərhələdə həyata keçirilir. 1-ci mərhələdə təqdim edilən layihənin ekspertizası aparılır. 2-ci ekspertizadan keçən layihələrin iştirakçılar tərəfindən Ekspert komissiyası qarşısında təqdimatı keçirilir və Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Təqdim edilən işlər 10 bal  sistemi ilə qiymətləndirilir. Ekspert Komissiyasının üzvləri bir sıra  prinsiplər əsasında qiymətləndirməni həyata keçirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR