Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İran İslam Respublikasının və İsrailin Azərbaycandakı səfirləri ilə ikitərəfli görüşlər keçirib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib. İran İslam Respublikasının səfiri Möhsün Pakayin və İsrailin səfiri Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.