Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Milli Arxiv İdarəsi Qazaxıstan və Finlandiyanın Milli Arxiv idarələri ilə əməkdaşlıq haqqında sazişlər imzalayacaq. Bunu APA-ya Milli Arxiv İdarəsinin təşkilat metodiki və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev bildirib. Onun sözlərinə görə, artıq sazişim imzalanması üçün bütün prosedurlar başa çatıb. Gələn il isə Milli Arxiv İdarəsi Hindistan, Bolqarıstan və Qırğızıstan Milli Arxivləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayacaq.
Hazırda Milli Arxiv İdarəsinin 7 ölkənin Milli Arxivi ilə əməkdaşlıq sazişləri var.