Bank Of Baku

Milli Demokratiya İnstitutunun maliyyə vəsaiti ayırdığı QHT-lər hansılar olub? - APA TV

Milli Demokratiya İnstitutunun maliyyə vəsaiti ayırdığı QHT-lər hansılar olub? - <span style="color: red;">APA TV
# 16 mart 2013 17:43 (UTC +04:00)

APA TV-nin məlumatına görə, MDİ ötən il "Uluçay" Sosial İqtisadi İnnovasiya mərkəzinə - 55 612 dollar qrant verib. Lənkəran şəhərində yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasına İctimai Birliyinə isə 49 990 dollar həcmində maliyyə yardımı ayrılıb.

 

MDİ-nin qrant ayırdığı təşkilatlar arasında olan "Gələcəyə körpü" İB 64 772 dollar, "Azərbaycan gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı" İctimai Birliyi (AGAT) üçün isə 53 899 dollar vəsait alıb.  Bu qrantların hamısı gənclərin liderlik bacarıqlarının artırılması məqsədilə xərclənmək üçün ayrılıb. Maliyyələşdirilən layihələrə görə, 225 min manatlıq vəsait hesabına Azərbaycan gəncliyinin ən azı 150 nəfərini lider kimi yetişdirmək hədəfi qarşıya qoyulub.  

 

MDİ-dən ötən il qrant alan təşkilatlar arasında olan AGAT-ın sədri Gülsel Səfərova bu təşkilatdan qrant aldıqlarını təsdiqləyib: “Aldığımız qrant çərçivəsində Quba-Xaçmaz bölgəsindəki  gənclərin maariflənməsi, dövlətçilik istiqamətində işlər görülməsi nəzərdə tutulmuşdu. Bu qrant layihəsinin reallaşması zamanı  milli maraqlar ön planda olub. Bizim üçün əsas Azərbaycan vətəndaşının layiqli şəkildə dövlətə, xalqa, cəmiyyətə qazandırılmasıdır. Biz bu istiqaməti MDİ rəhbərliyinə də tam bildirmişdik. Şəffaflıq şəraitində açıq təlimlər keçirilib. Hər bir təlimlə bağlı da mediaya hesabat verirdik”.

 

 

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənov isə Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət veriləcəyini bildirib. Əli Həsənov deyib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin maliyyə məsələləri ilə bağlı hesabat verməyə borcludurlar: “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son müsahibəsində bu məsələ açıq-aydın şəkildə qoyulub və bununla bağlı müvafiq orqanlar araşdırma aparırlar. Azərbaycanın maraqları ilə üst-üstə düşən təkliflərə “hə” deyir, əməkdaşlıq edirik, uyğun gəlməyənləri isə qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur”.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə hesab edir ki, qanunvericiliyi pozaraq hesabat verməyən, aldıqları qrantların hara xərclənməsini göstərməyən QHT-lər məsuliyyətə cəlb olunmalıdır: “Kimsə hansısa formada şəxsi hesabına qurumun adına vəsaitlər yatızdırır və həmin vəsaitləri bilinməyən dövlətin konsitutsiyasına sarsıdan bir fəaliyyətə yönəldirlər. Əgər bu gün QHT şəffaf deyilsə, müəyyən qaranlıq məqam varsa, o necə höküməti şəffaf olmamaqda ittiham edər?”

 

Qeyd edək ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev son müsahibəsində Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq QHT-lərin qanunvericiliyi pozduqlarını,  təyinatı üzrə fəaliyyət göstərmədiklərini bildirib. O qeyd edib ki, Ədliyyə Nazirliyi bu QHT-lərlə bağlı araşdırma aparır.

 

R. Mehdiyev vurğulayıb ki, Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin Bakıdakı fəaliyyəti ilə bağlı araşdırmalar nəticəsində mətvbuatdakı iddialar təsdiqini tapsa, bu qurumla bağlı ciddi tədbir görüləcək.

 

Yeri gəlmişkən, APA TV-nin araşdırmaları zamanı məlum olub ki, MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryev Azərbaycandan əvvəl Ukrayna, Gürcüstan və Moldovada fəaliyyət göstərib. Gürcüstanda  ona "ata", Moldovada "baş komandan", Ukraynada isə "demokratiya yayan şəxs” titulları veriblər. Moldovada MDİ-ın o zamankı rəhbəri "tvitter" inqilabının "baş komandanı" kimi qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR