Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"na dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik “Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında" ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən qaydaların 8.1-ci bəndində "patent" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilib. Beləliklə də, məxfi ixtira, faydalı model və sənaye nümunəsi ilə bağlı dövlət rüsumları "Patent haqqında" qanuna deyil, “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq ödəniləcək.