Bank Of Baku

Mingəçevir sürüşmə sahəsində avtomatik xəbərdarlıq və monitorinq sistemi yaradılıb

Mingəçevir sürüşmə sahəsində avtomatik xəbərdarlıq və monitorinq sistemi yaradılıb
# 15 dekabr 2012 12:34 (UTC +04:00)

 

 

Bakı. Kəmalə Quliyeva - APA. “Mingəçevir su anbarının sağ sahilində mühafizə bəndində baş vermiş çökmə və Yuxarı Qarabağ kanalının giriş hissəsinin yaxınlığındakı sürüşmə sahəsinə yaponiyalı mütəxəssislərlə birlikdə keçirilən vizual mühəndisi-geoloji baxışın nəticələri əsasında sürüşmə ərazisinin tədqiq edilməsi üçün 3 profil üzrə 11 quyu qazılaraq ölçü işləri və analizlər aparılıb”.

 

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin yaranmasının 7-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib. Nazir bildirib ki, sürüşmə sahəsində baş verən prosesləri tədqiq etmək üçün Mingəçevir sürüşmə sahəsində xüsusi cihazlar quraşdırılaraq avtomatik xəbərdarlıq və monitorinq sistemi yaradılıb.

 

K. Heydərov qeyd edib ki, 2011-ci ildə yağan güclü yağışlar və torpaq sürüşmələri nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Şamaxı, Xaçmaz, Quba, Qusar, Daşkəsən, Hacıqabul, Astara, Lerik, Ağsu və Tovuz rayonlarının ərazisində inşa edilən 150 yeni fərdi yaşayış evinin tikintisi, habelə Abşeron rayonunun Çaylı kəndində 30 evdə bərpa-gücləndirmə işləri sona çatmaq üzrədir. Quba rayonunun Giləzi kəndindən Aşağı Atuc kəndi ərazisinə köçürülən, torpaq sürüşməsindən zərər çəkmiş 189 ailə üçün yeni salınan qəsəbə istifadəyə verilib.

 

Bakı şəhəri, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə uçan binanın yerində 18 mərtəbəli yaşayış evinin, 4 mərtəbəli qeyri-yaşayış binasının və yeraltı avtodayanacağın tikintisində tamamlama işləri, 13 mərtəbəli 80 mənzilli korpusda isə bərpa və gücləndirmə işləri aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR