Bakı. Etibar Məmmədov – APA. “Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslər üçün Mingəçevir şəhərində böyük bir reabilitasiya mərkəzinin tikintisi nəzərdə tutulur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.
Nazir müavini bildirib ki, artıq mərkəzin layihə və sənədləri tərtib edilərək Nazirlər Kabinetinə təqdim olunub: “Mərkəz ən müasir standartlara cavab verir. Nazirliyin mütəxəssisləri Ukraynada analoji reabilitasiya mərkəzinin fəaliyyəti ilə ətraflı tanış olublar. Azərbaycan reallıqlarına uyğun olaraq həmin mərkəzin tikintisi nəzərdə tutulub və ümid edirəm ki, biz buna nail olacağıq”.