Bank Of Baku

Mingəçevirdə uşaq bağçalarında və məktəblərdə qidalanma ilə bağlı qanun pozuntuları aşkarlanıb - FOTO

Mingəçevirdə uşaq bağçalarında və məktəblərdə qidalanma ilə bağlı qanun pozuntuları aşkarlanıb - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 14:06 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Mingəçevir şəhərinin təhsil müəssisələrində reydlərə başlayıb.

 

APA-nın məlumatına görə, reydlərdə məqsəd məktəbəqədər tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəblərində uşaqların qidalanması ilə bağlı dövlət standartlarına əməl edilib-edilməməsini yoxlamaqdır. Mingəçevir şəhər 5 saylı “Arzu” uşaq bağçasında, 12 saylı sanatoriya tipli “Şəfa” uşaq müəssisəsində və 2 saylı orta məktəbdə aparılan araşdırma zamanı bir çox neqativ fakt üzə çıxıb. Komitə əməkdaşları tərəfindən hər iki məktəbəqədər tərbiyə müəssisəsində sanitar norma və qaydaların pozuntusu, mətbəxdə qida keyfiyyətinə qoyulan tələblərdən kənar məhsulların istifadəsi, məhsulların saxlanma şəraitinin uyğunsuzluğu müşahidə olunub.

Araşdırma zamanı uşaq bağçalarında qidalanma ilə bağlı milli standartın tələblərinə riayət olunmadığı məlum olub. Orada uşaqların gündəlik qidalanması üçün tələb olunan menyunun tərtib edilmədiyi, mətbəxdə, eləcə məhsulların saxlanıldığı anbarda sanitar qaydalara əməl olunmadığı, məhsulların saxlanılmasında qonşuluq prinsipinin pozulduğu faktı aşkarlanıb.

 

Aşkar edilən nöqsanlarla bağlı hər iki uşaq bağçası haqqında iradnamə yazılıb, nöqsanların aradan qaldırılması və “Təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartı”nın tətbiqi üçün onlara vaxt verilib və müəssisələrə xəbərdarlıq edilib.

 

Komitə əməkdaşları Mingəçevir şəhər 2 saylı orta məktəbin qarşısında kustar üsulla hazırlanan köşkdə şagirdlərə milli standartın tələblərinə uyğun olmayan malların satıldığını da aşkar ediblər. Yoxlama zamanı orada siqaret, saqqız, turşu və xırdavat mallarının, eləcə də mənşəyi məlum olmayan şirniyyat məhsullarının bir yerdə satıldığı aşkar edilib.

 

Uşaqların qidalanması üzrə dövlət standartının tətbiqi vəziyyətinin öyrənilməsi üçün uşaq bağçalarında və orta məktəblərin bufetlərində yoxlamalar davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR