Bank Of Baku

Minskdə MDB ölkələrinin əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

Minskdə MDB ölkələrinin əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
# 29 mart 2013 12:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Aprelin 2-3-də Minsk (Belarus) şəhərində MDB ölkələrinin ekspertləri əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

APA-Economics”in MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, dörd sənəd layihəsini nəzərdən keçirəcəklər.

 

Bunlar əhalinin məşğulluğu və əmək miqrasiyası sahəsində qanunvericiliyin yaxınlaşdırılmasının prinsipləri haqqında saziş, milli əmək bazarlarının vəziyyəti və vakant iş yerlərinin mövcudluğu haqqında operativ informasiya mübadiləsi və monitorinq sistemi, MDB ərazisində əməkçi miqrantların hüquqlarının qorunmasına dair saziş və konvensiyalardır.

 

Qeyd edək ki, indiyədək MDB çərçivəsində sözügedən məsələ ilə bağlı altı sənəd qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR