Gəncə. Azər Məmmədli – APA. “Ali təhsil müəssisələrində test üsulu ilə keçirilən semestr imtahanları təkmilləşdirilməlidir”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikirləri təhsil naziri Misir Mərdanov Gəncə Dövlət Universitetinin yeni rektoru Yadigar Əliyevin təqdimatı mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq kütləvi imtahanların keçirilməsində test üsulunun əvəzi yoxdur: “Lakin bu üsul daha da təkmilləşməlidir. Semestr imtahanı test üsulu ilə keçirilirsə, tələbə dərhal nəticələrini bilməlidir. Əgər nəticənin hazırlanması bir neçə gün çəkərsə, onda o imtahanların şəffaflığı şübhə altına düşür”.