Bank Of Baku

Misir Mərdanov: “Dərsliklərə elmi müzakirə doğuran məsələlərin salınmasının əleyhinəyəm”

Misir Mərdanov: “Dərsliklərə elmi müzakirə doğuran məsələlərin salınmasının əleyhinəyəm”
# 18 aprel 2013 13:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Etiraf edirəm ki, dərsliklərimizdə müəyyən nöqsanlar ola bilər. Lakin dərsliklərdə elmi cəhətdən heç bir problem yoxdur”. APA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Misir Mərdanov bu gün “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. M. Mərdanov qeyd edib ki, ümumiyyətlə dərsliklərə elmi müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir.

 

Təhsil naziri əlavə edib ki, 2003-2004-cü tədris ilindən etibarən Azərbaycanda I sinifdən XI sinfə qədər bütün dərsliklər pulsuz paylanılır: “Hökumətin qərarı ilə hər sinif üzrə orta məktəb dərslikləri 4 ildən bir yenidən çap edilir. Lakin yararsız hala düşən dərsliklərin əvəzlənməsi üçün hər il ümumi dərslik tirajının müəyyən faizi yenidən çap olunur”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR