Bank Of Baku

Misir Mərdanov: “İNEPO Avrasiya” olimpiadasının Azərbaycandan olan qaliblərinə güzəştlər olmayacaq”

Misir Mərdanov: “İNEPO Avrasiya” olimpiadasının Azərbaycandan olan qaliblərinə güzəştlər olmayacaq”
# 05 aprel 2013 09:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Beynəlxalq “İNEPO Avrasiya” Ekologiya Olimpiadası artıq 7-ci ildir ki, keçirilir”.

 

APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O, hər il həm Azərbaycan, həm də dünya ölkələri tərəfindən olimpiada iştirakçılarının sayının artığını bildirib: “Bu həm ekoloji problemlərlə, digər tərəfdən təşkilatçıların fəaliyyəti ilə bağlıdır. Bu gün 180 məktəb olimpiadada iştirak üçün layihə təqdim edib. Bu çox böyük bir işdir. Bu olimpiada qalib gələn uşaqların sonrakı təhsili üçün elə bir güzəşt nəzərdə tutulmayıb. Azərbaycanda olimpiada qaliblərinə hansısa güzəştlər olmayacaq”.

 

Təhsil naziri olimpiadaya gələn 150-yə yaxın qonağın Azərbaycan dilini bilməsini yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR