Bank Of Baku

Nazir: “Azərbaycanda bütün məktəbləri psixoloqla təmin etmək üçün mütəxəssislər yoxdur”

Nazir: “Azərbaycanda bütün məktəbləri psixoloqla təmin etmək üçün mütəxəssislər yoxdur”
# 19 aprel 2013 11:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Ölkənin bütün məktəblərində psixoloji xidmət olmalıdır. Ancaq təəssüf ki, bunu hələlik tam tətbiq edə bilməmişik”. Bunu APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

 

O bildirib ki, hələlik yalnız şəhər məktəblərində və böyük məktəblərdə bu xidmətlər tətbiq olunub. Nazir qeyd edib ki, bütün məktəblərdə psixoloji xidmətin tətbiq olunması üçün müəyyən problemlər var.

 

M.Mərdanovun sözlərinə görə, burada əsas problem ölkədə 4500-dən çox məktəbi təmin etmək üçün eyni sayda psixoloq ixtisası üzrə mütəxəssislərin olmamasıdır: “Bu səbəbdən bütün məktəbləri psixoloqlarla təmin edə bilmirik. Amma tədricən lazımi tədbirlər görülür və yaxın zamanlarda məsələ öz həllini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR