Bank Of Baku

Nazir: “Təhsil sistemi vasitəsilə məktəblilərin təfəkkürünü dəyişmək lazımdır”

Nazir: “Təhsil sistemi vasitəsilə məktəblilərin təfəkkürünü dəyişmək lazımdır”
# 05 aprel 2013 10:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Dünyada insanların artması nəticəsində ətraf mühitə təzyiqlər də artır. Buna görə də problemə başqa yanaşmalar tələb olunur. Təfəkkür dəyişməlidir. Təhsil sistemi vasitəsilə məktəblilərin təfəkkürünü dəyişmək, “yaşıl” düşünmək, “yaşıl” davranmaq, “yaşıl” istiqamətdə zəhmət çəkmək lazımdır”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasında (İNEPO-Avrasiya) çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

 

Təhsil naziri Misir Mərdanov isə hər il Olimpiadanın həm Azərbaycan, həm də dünya ölkələrindən olan iştirakçılarının sayının artmasını yüksək qiymətləndirib. O qeyd edib ki, hər gün artan ekoloji problemlərə məktəblilərin diqqətini cəlb etmək üçün bu Olimpiada xüsusi əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə, ildən-ilə iştirakçıların sayının artması həm ekoloji problemlər, həm də təşkilatçıların yüksək fəaliyyəti ilə əlaqədardır.

 

Tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev hökumət tərəfindən ekologiyanın qorunmasına xüsusi diqqət göstərdiyini söyləyib. O bəyan edib ki, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması və bu sahədə görülən buna işlər əyani sübutdur. R. Abdullayev ARDNŞ tərəfindən ətraf mühitin qorunması sahəsində görülən işlərdən də danışıb. ARDNŞ prezidenti qeyd edib ki, ölkədə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının keçirilməsi ilə yüzlərlə şagird bir araya gələrək ətraf mühitin qorunmasına öz töhfələrini verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR