Bank Of Baku

Nazir Fizuli Ələkbərov şimal bölgəsində vətəndaşları qəbul edəcək

Nazir Fizuli Ələkbərov şimal bölgəsində vətəndaşları qəbul edəcək
# 03 aprel 2013 12:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinlərinin nazirliyin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının və nazirlik yanında İctimai Şuranın üzvlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.

 

Qəbulda aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özündəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

 

Qeyd edək ki, 2012-ci il və cari ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 19 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərdən artıq vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR