Bakı. Kəmalə Quliyeva - APA. Nazirlər Kabineti (NK) "Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında" qərarında dəyişiklik edib.
NK-dan APA-ya verilən xəbərə görə, "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə "Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında" qərarın 6-cı hissəsində "Ərçivan kənd" sözləri "Ərçivan qəsəbə" sözləri ilə əvəz edilib.
NK-nın digər qərarı ilə "Astara rayonu ümumtəhsil məktəblərinə adların verilməsi haqqında" qərarda "Ərçivan kənd" sözləri "Ərçivan qəsəbə" sözləri ilə əvəzlənib.
Oxşar dəyişiklik "Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda da edilib. Dəyişikliyə əsasən, "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanunun tətbiqi barədə" ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə “Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın "I. Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "17. Astara rayonu üzrə" hissəsinin 17.6-cı bəndinə "Kənd" sözündən sonra "və qəsəbə" sözləri əlavə edilib.