Bank Of Baku

Nazirlər Kabineti dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında qərarına dəyişiklik edib

Nazirlər Kabineti dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında qərarına dəyişiklik edib
# 18 mart 2013 08:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti (NK) “Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi  haqqında" qanunun tətbiqi barədə" ölkə prezidentinin sərəncamını təmin etmək məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR-in dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı"nın "Astara rayonu" bölməsinin 218-ci və 219-cu hissələrində "Ərçivan kəndi" sözləri "Ərçivan qəsəbəsi" sözləri ilə əvəz edilib.

 

NK-nın digər bir qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında qərarda da dəyişiklik edilib. Dəyişikliyə əsasən qərarın "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin "Astara rayonu" hissəsində "Yerləşdiyi ünvan" sütununda "Ərçivan kəndi" sözləri "Ərçivan qəsəbəsi" sözləri ilə əvəz edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR