Bakı. Kəmalə Quliyeva - APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası daha bir lüğətin nəşrinə icazə verib. Bu barədə APA-ya Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, bu, 8 dildə çap olunacaq “Tibb terminləri lüğəti”dir. “İzahlı inşaat terminləri lüğəti” isə müzakirə olunmaq üçün AMEA Texnika Elmləri Bölməsinə göndərilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan Azərbaycanda lüğət və ensiklopediyalar nəşr oluna bilməz. Artıq bununla bağlı ölkədəki bütün ali məktəblərin, elmi tədqiqat institutlarının rəhbərlərinə və AMEA-nın institut direktorlarına xəbərdaredici məktublar hazırlanıb.