Bakı. Aynur. Əliyeva – APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov Qazax rayonunda vətəndaşları qəbul edəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat naziri iyulun 12-də saat 11:00-da Qazax rayon Şahmat Mərkəzində vətəndaşları qəbul edəcək.
Görüşdə məqsəd vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi ilə bağlıdır. Görüşdə Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 10-da saat 09:00-dan 18:00-dək aparılacaq.