Bank Of Baku

Nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə cərimələr artırılıb

Nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə cərimələr artırılıb
# 05 aprel 2013 11:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsinə görə nəzərdə tutulan cərimələrin artırılması ilə bağlı dəyişiklik müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı məcəllənin 155.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimənin məbləğinin 50 manatdan 150 manata qaldırılması nəzərdə tutulub.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR