Bank Of Baku

Nəsib Quliyev: “Azərbaycanda peyvənd işinə müdaxilə edən qeyri-ciddi adamlar əhali arasında dezinformasiya yayırlar”

Nəsib Quliyev: “Azərbaycanda peyvənd işinə müdaxilə edən qeyri-ciddi adamlar əhali arasında dezinformasiya yayırlar”
# 14 mart 2013 12:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı–APA. Azərbaycanda təsdiq olunmuş qızılca xəstəliyi yoxdur. Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, ölkədə səpkili uşaqların araşdırılması göstərir ki, bu səpkilər çox zaman istifadə olunan dərmanlar və yaxud digər səbəbdən yaranır. N. Quliyev qeyd edib ki, sərhədlər açıq olduğu üçün qızılcanın Azərbaycana keçmə təhlükəsi hər zaman var: “Ən ciddi məsələ və problemimiz odur ki, Azərbaycanda peyvənd işinə müdaxilə edən qeyri-ciddi adamlar əhali arasında dezinformasiya yayırlar. Bu da peyvənd işinə mənfi təsir göstərir. Qızılcadan qorunmanın yeganə yolu peyvənddir. Uşaq peyvənd olunmursa, bunun valideyndən soruşmaq lazımdır ki, gələcəkdə o qızılca olarsa, məsuliyyəti üzərinə kim götürəcək? Uşaq da cəmiyyətin bir üzvüdür və onun haqqını nə valideyn, nə dövlət, nə həkim, nə də digər vətəndaşlar pozmalı deyil. Dövlət tərəfindən müvafiq tədbirlər aparılır. Amma bəzi yaramaz insanlar tapılır ki, dünyanın qəbul etdiyi, alternativ olmayan qorunma üsuluna cürbəcür əmmalar qoyur. Hər şeydən əvvəl o dərk etməlidir ki, uşaqların sağlamlığı və onlara aid heç bir problemi siyasiləşdirmək olmaz”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR