Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Ayrı-ayrı nazirlik və komitələrə dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsi sosial reklamlara xərclənməlidir”

Nuşirəvan Məhərrəmli: “Ayrı-ayrı nazirlik və komitələrə dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsi sosial reklamlara xərclənməlidir”
# 01 aprel 2013 12:19 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Sosial reklamların sayının çoxluğu özəl kanallara çətinlik yaradır. Dövlət bununla əlaqədar bir yol seçməli, ayrı-ayrı nazirlik və komitələrə dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsi sosial reklamlara xərclənməlidir”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, buna uyğun olaraq özəl kanallar sosial reklamlardan gəlir də götürə bilərlər: “Bu, qanunda açıq şəkildə yazılıb. Əgər sosial reklamların sayı az olsaydı, bu, elə də problem yaratmazdı. Amma bu reklamların sayı gündən-günə çoxalır. Ona görə də özəl kanallar çətinlik çəkirlər. Yaxşı olardı ki, bu məsələyə dair qanunvericilik formasında qayda qoyulsun. Belə reklamlar daha çox dövlət büdcəsindən maliyyələşən kanallarda yayımlansın”.

 

Şura sədri həmçinin deyib ki, hələlik Səhiyyə Nazirliyi reklamına icacə verilən reseptsiz satılan dərmanların və özəl klinikaların son siyahısını MTRŞ-ya təqdim etməyib: “Biz bu siyahını gözləyirik. Ona görə də bu istiqamətdə monitorinqlər hələlik aparılmır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR