Bank Of Baku

Ötən il Azərbaycanda cərrahiyyə əməliyyatlarından sonra ölüm hallarının sayı 2 dəfə azalıb

Ötən il Azərbaycanda cərrahiyyə əməliyyatlarından sonra ölüm hallarının sayı 2 dəfə azalıb
# 05 yanvar 2013 09:58 (UTC +04:00)

 Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin aşkar edilməsi işi də yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artaraq hazırda 180 minə çatıb. Şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enib. Qeyd olunub ki, onkoloji xəstəliklərin aşkarlanması və onlara göstərilən tibbi yardımın səviyyəsi də yaxşılaşıb, bu xəstəlikdən ölüm göstəricisi azalıb. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikada 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.

 

Məlumata görə, vərəmlə mübarizə sahəsində də xeyli işlər görülüb və nəticədə vəziyyətin stabilləşməsinə nail olunub. Ötən illə müqayisədə 2012-ci ildə ilkin xəstələnmə hallarının sayı xeyli azalıb.

 

O da  qeyd edilib ki, əsaslı təmir və yenidənqurma işlərindən sonra açıq ürək əməliyyatlarının icrasına başlandığı Elmi Cərrahiyyə Mərkəzində böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR